MÜSAHİBƏ


Ülvi Mehdiyev: Türkiyədə yaşayan azərbaycanlılara “ASAN” xidmətlərin göstərilməsi üçün səyyar xidmət avtomobilimizi Samsuna gətirdik

“ASAN xidmət” öz stendi ilə Türkiyə tərəfinin rəsmi dəvəti əsasında Samsunda keçirilən “TEKNOFEST”də iştirak edir. Eyni zamanda “TEKNOFEST” çərçivəsində biz, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyədə yaşayan azərbaycanlılara “ASAN” xidmətlərin göstərilməsi üçün bura səyyar xidmət avtomobilimizi gətirdik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə keçirilən “TEKNOFEST-2022 Qara Dəniz”də iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.