MÜSAHİBƏ


Bəxtiyar Məmmədov: Metropolitenə bu ilin sonuna qədər dörd yeni qatar gətiriləcək

Bakı Metropoliteninə bu ilin sonuna qədər daha 4 yeni qatarın gətirilməsi planlaşdırılır. Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni qatarların gətirilməsiylə Bakı Metropolitenində yeni qatarların sayı 23-ə çatdırılacaq.