SİYASƏT


“TurAz Qartalı - 2022” təlimlərinin açılış mərasimi keçirilib

Sentyabrın 5-də “TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.