MÜSAHİBƏ


“Ağalıdakı məktəbdə son tamamlama işləri aparılır” – Vahid Hacıyev

Bu gün biz Ağalı kəndinə köçürülmənin ikinci mərhələsini həyata keçiririk. Artıq 12 ailənin 63 üzvü Ağalı kəndindədir. Onlar evləri ilə tanış olub, açarları təhvil alacaqlar.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.