MÜSAHİBƏ


Ağalı sakini: 29 illik həsrətə son qoyulduğu üçün sevincliyəm

Mənim oğlum Birinci Qarabağ müharibəsində şəhid olub. Biz isə 1993-cü ildən köçkünlük həyatı yaşayırıq.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində Ağalı kənd sakini Təkcə Əliyev söyləyib.“Mən Zəngilandan çıxanda 44 yaşım var idi, o vaxtdan bəri torpaq həsrəti ilə yaşayıram. 29 ildir ki, öz doğma yurdumdan uzaq idim. Bu gün isə uzun həsrətdən sonra arzularıma çatıram”, - deyə T.Əliyev vurğulayıb.