MÜSAHİBƏ


Deputat: Düşmən sülh müqaviləsini imzalamağın əhəmiyyətini dərk etməlidir

Dünən gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının alınması məqsədilə ordumuz adekvat tədbirlər görüb. Bütün bu hadisələrin səbəbi Ermənistanın daxili və xarici siyasətindəki dağınıqlıqla bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.