MÜSAHİBƏ


Prezidentin xüsusi nümayəndəsi: Ağalıya köçürülən ailələrin sayı çoxaldıqca şagirdlərimizin də sayı artacaq

Bu gün biz işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində məktəbin açılışının şahidi olduq. Əlbəttə ki, bu, tarixi hadisədir və bu hissləri bizə bəxş etdiyinə görə şəhidlərimizə, Prezidentimizə, Ordumuza minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin.Bu sözləri Ağalıda məktəbin açılışı zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.