MÜSAHİBƏ


Elm və təhsil naziri: Ağalı kənd tam orta məktəbinin açılışı çox qürurverici və tarixi hadisədir

Bu gün Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin açılışı oldu. 30 illik fasilədən sonra Azərbaycanın işğaldan azad olunan bölgələrində ilk zəng çalındı. Bu, çox qürurverici və tarixi hadisədir. Bu günü yaşadığımız üçün Azərbaycanın təhsil işçiləri adından Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizi yad edir, onlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Bu sözləri Ağalıda məktəbin açılışı zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev deyib.