ELM VƏ TƏHSİL


Xətai rayonunda 263 nömrəli tam orta məktəb kompleksi istifadəyə verilib

Yeni tədris ilində Bakı şəhəri Xətai rayonunda yerləşən 263 nömrəli tam orta məktəb kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncamlarının icrası ilə əlaqədar bu məktəbin köhnə binası sökülərək yeni kompleks inşa edilib. Yeni bina 4 mərtəbəli, 2256 şagird yerlikdir.