Milli QHT Forumunun prezidenti: Azərbaycan antiterror əməliyyatlarına həmişə qətiyyətlə cavab verəcək
20.09.2022 [15:23]
Xəbərin mətni
“Regionda vəziyyət dəyişir. Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra bölgədə yeni mühit yarandı. Bizə dəstək olan ölkələr olduğu kimi, neytral və ya açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edən dövlətlər də var”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli QHT Forumunun prezidenti Rauf Zeyni söyləyib. O, Ermənistanın maraqlarından istifadə etməklə bölgədə sülhün və sabitliyinin pozulmasına dəstək olan qüvvələrin olduğunu vurğulayıb.