MÜSAHİBƏ


Prezidentin xüsusi nümayəndəsi: Şəhidlərimiz bizim ölməz qəhrəmanlarımızdırlar, xalqımızın xatirəsində daim əziz qalacaqlar

Ölkəmizin hər yerində olduğu kimi, Ağdam şəhərində də 27 Sentyabr – Anım Günündə Vətən müharibəsində canını fədan edən igid oğullarımızın, şəhidlərimizin əziz xatirəsini bir daha yad etdik. İşğaldan azad olunan Ağdam şəhərində inşaat işçiləri, hərbçilər, polis əməkdaşları, ziyalılar, rayon sakinləri və Ağdam könüllülərinin də iştirakı ilə Şəhidlər xiyabanına yürüş etdik, şəhidlərimizin məzarları üstünə gül dəstələri qoyduq, onların xatirəsini andıq. Din xadimlərimiz Cümə məscidinin önündə dualar oxudular. Biz hər birimiz bu günü – Vətən müharibəsinin başlandığı tarixi, eləcə də şəhidlərimizin əziz xatirəsini böyük qürur hissi ilə, ehtiramla anırıq.