Azərbaycan Dövlət İnformasiya Agentliyi

Reza Deqati: Qarabağda çəkdiyim bütün fotoları Beynəlxalq Məhkəməyə göndərmişəm, bütün dünya bu dəhşəti görsün

05.10.2022 [10:45]

Xəbərin mətni

Otuz ildir Qarabağdan fotolar çəkirəm. Birinci Qarabağ müharibəsində o dəhşəti görmüşəm. 44 günlük müharibədən sonra da Qarabağı qarış-qarış gəzir, erməni vandalizminin izlərini yaddaşa köçürürəm. Ermənilər burada daşı-daş üstə qoymayıblar - məzarlıqları uçurdub, evləri dağıdıb, bütün infrastrukturu məhv edib, ekoloji terror törədiblər.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında dünyaşöhrətli fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI