MÜSAHİBƏ


Türkiyəli müəllim: Qazi Qarabağ ilə Qaziantəp eyni taleləri yaşayan doğma yurdlarımızdır

Azərbaycan candır, canımızın bir parçasıdır. Qəhrəman Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı rəşadətli Zəfərdən çox məmnunuq. Qazi Qarabağ ilə Qaziantəp eyni taleləri yaşayan doğma yurdlarımızdır. Hər iki yurdumuz erməni zülmünə məruz qalmış və xalqlarımızın qəhrəmanlığı ilə azadlığa qovuşmuşdur.Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli müəllim Ali Haydar Bozdoğan ifadə edib.