MÜSAHİBƏ


Bakı Metrosunda bənövşəyi xəttin stansiyaları 23:30-dan sərnişinlərin girişinə bağlanacaq

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.Bununla əlaqədar oktyabrın 13-dən 16-na qədər Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.