CƏMİYYƏT


“Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində növbəti tədbirlər Şirvan şəhərində keçirilib

“Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlar üzrə start verilən profilaktik müayinə və maarifləndirmə tədbirlərinin növbəti ünvanı Şirvan şəhəri olub.Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda profilaktik müayinə və maarifləndirmə tədbirləri Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi (MOM) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə keçirilir.