Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Professor Zakir Avşar: İnternet təhlükəsizliyi müasir dövrdə dövlətlərin qarşısında duran mühüm vəzifədir

18.10.2022 [10:55]

Xəbərin mətni

Yeni nəsil insan hüquqları anlayışı artıq həyatın bütün sahələrini geniş əhatə edib. Bu anlayışın içində internetə bağlı olan haqlar da əksini tapır. Dövlətlər artıq internetə giriş məsələsində vətəndaşların hüquqlarını qorumaq məsuliyyəti daşıyırlar. Amma bu məsuliyyət çoxşaxəlidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Zakir Avşar ifadə edib.