MÜSAHİBƏ


Pakistan Ombudsmanı: Ağdamda gördüklərimlə bağlı beynəlxalq təşkilatlara, müsəlman ölkələrinə müraciət edəcəyəm

Ağdamda böyük məyusluq hissi keçirirəm. Evlərin yerlə-yeksan olduğunu, bütün sosial infrastrukturun məhv edildiyini gördüm. Mən belə vəhşiliyi heç bir yerdə görməmişəm, hətta eşitməmişəm. Burada hər şey dağıdılıb, bütün sahələr minalarla çirkləndirilib. Ermənistan tərəfindən insanların məhvinə yönəlmiş qeyri-insani, beynəlxalq humanitar hüquq normalarına zidd olan bütün əməllər törədilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdama səfər edən Pakistan Ombudsmanı Nazar Muhammad Balox bildirib.