MÜSAHİBƏ


Səbinə Əliyeva: Beynəlxalq Konfransın iştirakçıları Ağdamda Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklərlə tanış olurlar

“Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdamda Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklərlə, eləcə də mədəni irsimizin, abidələrimizin dağıdılması faktları ilə tanış olurlar. Onların arasında Avropa, Asiya və Afrikadan gələnlər var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamda jurnalistlərə açıqlamasında söyləyib.