MÜSAHİBƏ


20 yaşlı dünya çempionu: Özümə çox inanırdım, çünki yarışa güclü hazırlaşmışdım

Bir neçə gün əvvəl gənclər arasında şahmat üzrə dünya çempionatında şahmatçımız Gövhər Beydullayeva bütün turlar üzrə qalib gələrək dünya çempionu olub. Şahmatçımız bu qalibiyyəti ilə 20 yaşlılar arasında ilk azərbaycanlı qadın dünya çempionu kimi ölkə tarixinə düşüb. Gövhər Beydullayeva yarış haqqında təəssüratlarını AZƏRTAC-a danışıb.