MÜSAHİBƏ


Əbubəkir Şahin: Türk dövlətləri Şuşada bir araya gələrək audio və vizual mediadakı birliyin təməlini atdılar

Şuşa həm Azərbaycan, həm də Türk dünyası üçün çox vacib şəhərdir. Qarabağın işğalı illərdir qəlbimizdə yaraya çevrilmişdi. Bu torpaqların, Şuşanın azad edilməsində canını fəda edən şəhidlərin ruhları şad olsun.Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) sədri Əbubəkir Şahin söyləyib.