MÜSAHİBƏ


Salman Arınc: Beynəlxalq qurumlar bu yerlərin Azərbaycan torpağı olduğunu dəfələrlə dilə gətirsələr də, verilən sözlər heç bir zaman tutulmadı

Bu gün Şuşada olmaqdan çox xoşbəxtəm. Türkiyənin Respublika Gününü qardaş Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyimiz üçün qürur duyuruq. “Bir millət, iki dövlət” deyimini birlikdə yaşamaq və hiss etmək üçün işğaldan azad edilmiş Qarabağdayıq. Burada çox böyük qonaqpərvərliklə qarşılandıq.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşaya səfər edən Türkiyə Gəzginlər Klubunun prezidenti Salman Arınc söyləyib.