MÜSAHİBƏ


Canna Skott: Azərbaycan rəhbərliyi multikulturalizmin təşviqinə həmişə xüsusi diqqət yetirib

Xəbər verildiyi kimi, oktyabrın 26-da Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumlar, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər. Konfransda iştirak edən natiqlərdən biri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ filialının rəhbəri Canna Skott deyib: “Sülh və təhlükəsizlik mövzusuna həsr olunan beynəlxalq konfransda iştirakçı olmağımdan qürur duyuram.