MÜSAHİBƏ


Nurşən Yıldırım: Mina xəritələrinin verilməməsi Ağdamda faciələrə səbəb olur

Ağdama gəlincə burada yaşanmış faciənin nə qədər fərqli olduğunu gördük. Bu, insanlığa qarşı cinayətdir.Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdama səfər edən türk səyyah Nurşən Yıldırım deyib. O, minalanmış ərazilərin təmizlənməsində Azərbaycana yardım edilməsinin labüd olduğunu bildirib: “Buradakı minalar zaman-zaman insanların həyatını alır və bundan sonra da faciəli hadisələrə səbəb ola bilər. Odur ki, təcili olaraq mina xəritələrinin verilməsi lazımdır. Dünyanı bu məsələdə həssas olmağa dəvət edirəm”.