MÜSAHİBƏ


Səhiyyə naziri: Hərarətsalıcı dərman vasitələrinin çatışmazlığı ilə əlaqədar problem aradan qaldırılıb

Azərbaycan bazarında uşaqlara verilən hərarətsalıcı dərman vasitələrinin, xüsusilə də siropların azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur. Dünyada həmin dərmanları istehsal edən şirkətlər baza maddədən istifadə edirlər. Həmin baza maddəni istehsal edən iri farmoseptik şirkətlərin istehsalat xətlərində problem yaranıb. Həmin böhran təkcə Azərbaycanda deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunur.