MÜSAHİBƏ


Türkiyənin nazir müavini: Fikrət Əmirovun əsərlərinin tanıdılması Azərbaycan musiqisinin tərənnümüdür

Bursada keçirilən “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalı çərçivəsində Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun əsərlərindən ibarət möhtəşəm konsert proqramının təşkil olunması mühüm mədəniyyət hadisəsidir. Əksəriyyətini ilk dəfə dinlədiyimiz bu əsərlərin Türkiyədə səhnə alması ibrətamizdir. Göründüyü kimi salon tamamilə dolu idi.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhmət Misbah Dəmircan açıqlamasında ifadə edib.