MÜSAHİBƏ


Yalçın Adıgözəlov: Bursa Dövlət Simfonik Orkestrini Şuşada keçiriləcək “Xarıbülbül” beynəlxalq musiqi festivalına dəvət etmək niyyətindəyik

Bursada musiqisevərlər qarşısında dahi bəstəkar Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdik. Bursa Regional Dövlət Simfonik Orkestrini Şuşada keçiriləcək növbəti “Xarıbülbül” beynəlxalq musiqi festivalına dəvət etmək niyyətindəyik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Bursa şəhərində böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm konsertin dirijoru Xalq artisti Yalçın Adıgözəlov musiqi gecəsindəki təəssüratlarını bölüşərək ifadə edib.