MÜSAHİBƏ


Bursa bələdiyyəsinin sədri: Şuşanı, Qarabağı ziyarət etməyi ürəkdən arzulamışam

Bursa 2022-ci ildə əmanət aldığı türk dünyası mədəniyyət paytaxtına böyük uğurla ev sahibliyi edib. Həyata keçirdiyimiz layihələrdə bütün türk dünyası fəal olaraq yanımızda yer alıb. Türk dünyası mədəniyyət paytaxtını 2023-cü ildə Şuşaya ötürməkdən çox məmnunuq. Qəhrəman Azərbaycanın işğaldan azad etdiyi Şuşa inşallah ki, bu əmanəti mətinliklə irəli aparacaq.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş ifadə edib.