MÜSAHİBƏ
Doktor Məhəmməd Əbubəkir: Azərbaycanı, işğaldan azad olunan torpaqları ziyarət etməyi çox arzulayıram
19.11.2022 [17:00]
Xəbərin mətni
Ali təhsil almağıma, bir insan kimi formalaşmağıma görə, Türkiyəyə, müəllimlərimə çox-çox minnətdaram. Qarşıda böyük işlər var. Azərbaycan, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti ilə sıx təmaslarımız var. Bundan başqa, Azərbaycan ilə Afrika arasında əməkdaşlıq əlaqələrinin yüksək dinamika ilə inkişaf etməsini çox arzulayıram.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Antalya Elm Universitetinin müəllimi, Afrika əsilli türkiyəli doktor Məhəmməd Əbubəkir bildirib.