MÜSAHİBƏ


Rafael Hüseynov: Hüseyn Cavidin 140 yaşının belə təntənə ilə qeyd edilməsi əslində onun növbəti böyük qayıdışının başlanğıcıdır

Böyük Hüseyn Caviddən insanlara yadigar qalan misralar içində belə sətirlər də var “Gün dəyişdikcə o hep genc olacaq, Şən könüllərdə pərəstiş bulacaq”. O, bu fikirləri başqa bir şair haqqında desə də, bu sözlər Hüseyn Cavidin özünə də aiddir. Gün dəyişib, əsirlər dəyişib Cavid yenə gəncdir, yenə ürəklərdə pərəstiş tapır. Üzərindən əsr keçdikdən sonra Cavid dönə-dönə yenə insanlara qayıdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov İstanbulda Azərbaycan mediasına müsahibəsində bildirib.