MÜSAHİBƏ


Şərqi Zəngəzurda tikiləcək su anbarı 3 milyona yaxın insanı içməli su ilə təmin edəcək

İşğaldan azad olunan ərazilərdə irimiqyaslı tikinti-bərpa işləri görülür. Həmin ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin su ehtiyatlarından istər içməli, istərsə də kənd təsərrüfatı təyinatı üzrə istifadəsi üçün meliorasiya və su təsərrüfatı sahəsinə aid tədbirlərin həyata keçirilməsinə başlanılıb. O cümlədən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərdə də bu istiqamətdə işlər davam etdirilir.Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şərqi Zəngəzurda içməli və suvarma suyuna tələbatın təmin olunması üçün bir sıra işlər görülür.