Alinur Aktaş: “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu Şuşaya təhvil vermək ayrı bir xoşbəxtlikdir
10.12.2022 [15:05]
Xəbərin mətni
Bir il boyunca “Türk dünyasının mədəniyyət paytaxtı” adını layiqincə daşıdığımız üçün qürurluyuq. 2021-ci ildə aldığımız bu əmanəti indi “Bir millət, iki dövlət” bildiyimiz can Azərbaycana, qardaş və dost ölkəyə təhvil verməkdən çox xoşbəxtik. Təbii ki, Şuşa hər birimiz üçün xüsusi məna kəsb edən bir məkandır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan mediasına müsahibəsində Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş bildirib.