SİYASƏT


Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayacaq və xalqımıza xidmət edəcək

Azərbaycan dövlətinin banisi, qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev özündən sonra çox böyük siyasi irs qoydu. Azərbaycan kimi müstəqil, müasir bir dövlətin bazasını yaratdı və ölkəmiz Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü səviyyəsinə gəlib çatdı. Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman anılır və daim qəlblərdə yaşayacaq.AZƏRTAC xəbər verir ki, bunu Fəxri xiyabanda jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı Azay Quliyev deyib.