MÜSAHİBƏ


Ufuk Turganer: Kipr Türk xalqı Heydər Əliyevin əziz xatirəsini yad edir

Bu gün həm Azərbaycan xalqı, həm də türk milləti üçün çox əhəmiyyətlidir. Tarixi şəxsiyyət Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Bugünki Azərbaycan məhz Heydər Əliyevin miras qoyduğu bütün keyfiyyətləri daha da yüksəltməkdə davam edir.Bu sözləri AZƏRTAC-a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer söyləyib. O, Kipr türk xalqının da Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etdiyini bildirib.