MÜSAHİBƏ


Beynəlxalq ekoloji təşkilatlar Oxçuçayın çirkləndirilməsinə göz yumurlar

Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən zavodlarının, fabriklərin tullantı sularının təmizlənmədən Oxçuçaya axıdılması səbəbindən çayda ekoloji fəlakət vəziyyəti yaranmışdı. Bununla bağlı vaxtilə tədbirlər görüldü. Nəticədə bir müddət çayda vəziyyət sabitləşdi. Təəssüf ki, noyabrın 30-dan etibarən yenidən suyun tərkibindən götürülən analizlərin nəticəsinə görə çirkləndiricilərin miqdarının buraxılabilən hədlərdən dəfələrlə çox olması və suyun keyfiyyətinin kəskin pisləşməsi qeydə alındı.AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.