MÜSAHİBƏ


Nurit Qringer: Heç kim Azərbaycanın icazəsi olmadan təbii sərvətləri istismar edə bilməz

“Qarabağa ikinci səfərimdir. İyun ayında da burada olmuşam və dağıntıları öz gözlərimlə görmüşəm. Təəssüf edirəm ki, Qarabağın bütün ərazisinə getmək və təbii sərvətlərin vəziyyətini öyrənmək imkanı yoxdur. Düşünürəm ki, Azərbaycan bu məsələdə ardıcıl mövqe nümayiş etdirməli və müvafiq yoxlamalar aparmalıdır”. Bu sözləri AZƏRTAC-a müsahibəsində ABŞ-Azərbaycan Mədəniyyət Fondunun təsisçisi Nurit Qringer söyləyib. O, əlavə edib ki, heç kimin bu ərazilərə qanunsuz daxil olmaq və təbii sərvətləri istismar etməyə ixtiyari yoxdur.