MÜSAHİBƏ


Ekspert: Azərbaycandan Macarıstana Qara dənizin dibi ilə “yaşıl” enerjinin tədarükü əsl inqilab olacaq

Macarıstanın ən nüfuzlu beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr və İqtisadiyyat İnstitutunun böyük tədqiqatçısı Laslo Vaşa ötən şənbə günü Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanmış Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli sazişi yüksək qiymətləndirib.