MÜSAHİBƏ


Vüsal Qasımlı: Azad olunmuş rayonlarda yaradılan imkanlardan xarici sahibkarlar da faydalanacaq

“Azərbaycan hökumətinin azad olunmuş rayonlarda yaratdığı imkanlardan həm yerli, həm də xarici sahibkarlar faydalanacaq”. AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, Mərkəzin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransdan sonra jurnalistlərə müsahibəsində söyləyib.