MÜSAHİBƏ


Türkiyə vətəndaşı: Qarabağ soyadını daşımaqdan qürur duyuram

Qardaş Türkiyədə Azərbaycana olan el məhəbbəti bitib-tükənmək bilmir. Çar Rusiyasının məhdudiyyətlərinə, onun varisi olan keçmiş sovetlər birilliyinin amansız qadağalarına baxmayaraq Azərbaycana olan sevgi və məhəbbət qardaş ölkədə silinməz izlər buraxıb. İkinci Qarabağ müharibəsindən sonra isə “Can Azərbaycan” ifadəsi ilə qardaşlığımızın tərənnümü dillər əzbəri olub. Bu gün təqdim etdiyimiz daha bir nümunə isə “Qarabağ” adının soyadlara çevrilməsinin şərəfli tarixi ilə bağlıdır. AZƏRTAC xəbər verir ki, Harun Qarabağ daşıdığı bu soyadı onların nəslinə babası, Qafqaz İslam Ordusunun döyüşçüsü Niyaz Qarabağdan qalan milli sərvət kimi dəyərləndirir. Bəli bu nəsil Qarabağ soyadını məhz qazanaraq əldə edib və onu daşımaqdan hər zaman qürur duyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır