MÜSAHİBƏ


Pinşa Qoldşmid: Ulu Öndərin istədiyi kimi, dağ yəhudilərinin “iki ürəyi”ndən biri Azərbaycan üçün döyünür

Azərbaycana ilk səfərim 1998-ci ildə Amerika Yəhudi İcmalarının rəhbərlərindən ibarət nümayəndə heyəti çərçivəsində olub. Səfər zamanı Azərbaycan rəhbərliyi, eləcə də bu ölkədə yaşayan yəhudi icmasının üzvləri ilə çox saylı görüşlərimiz oldu. Yəhudilərin yaşadığı qəsəbəyə səfər etdik. Ancaq bu səfər çərçivəsində unutmadığım və həmişə xatirəmdə yaşayan bir an var. Bu, Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevlə nahar zamanı olan söhbətlərdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Avropa Ravvinləri Konfransının prezidenti, Avropada Təhlükəsizlik və Dini Azadlıq İnstitutunun təmsilçisi Pinşa Qoldşmid söyləyib.