MÜSAHİBƏ


Fransa hökumətinin laqeydliyi - Korsika ölkənin ən kasıb regionudur

Müstəqilliklə bağlı milli hərəkatda səmimi əqidəli insanlar var. Ancaq təəssüf ki, onlar və Fransa hökuməti arasında hələ dialoq yoxdur. İndiki siyasət göstərir ki, dövlət danışıqlara getməyə hazır deyil. İndiki vəziyyətdə Korsikaya müstəqillik verilməsinə, vəziyyətin nizama düşməsinə də inanmıram. Muxtariyyət istəyinə gəldikdə, gərək aydın olsun ki, muxtariyyət deyəndə nə istəyirlər. Korsikada yerli kollektivlər var. Ancaq inanmıram ki, bundan artıq muxtariyyət verilsin. Çünki Parislə Korsika arasında dialoq yoxdur. Bu vəziyyət artıq 50 ildən çoxdur davam edir. Bu gün Korsikada hakimiyyətə gəlmiş insanlar əvvəllər müstəqillik və muxtariyyət istəyən gizlin qruplarda olublar. Ancaq hazırda hər hansı bir zorakı hərəkət olmasa da, onların istəkləri demokratik olsa da, bu istiqamətdə irəliləyiş yoxdur, dialoq görünmür. 2015-ci ildən millətçilərin seçkilərdə qələbəsindən sonra dialoq yoxdur, gənc nəsil isə onu gözləyir.Bu fikirləri AZƏRTAC-a müsahibəsində korsikalı fəlsəfə müəllimi Joris Ciovanetti deyib.