CƏMİYYƏT


Görkəmli sərkərdə Həzi Aslanovun 113 illiyi qeyd olunub

Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə tariximizə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, əsrlər boyu yadelli işğalçıların qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirmiş, yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəflə, vicdanla davam etdirməyi məsləhət görmüşdür. Dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz.