Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatlarının görüntülərini yayıb

23.01.2023 [14:33]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.