MÜSAHİBƏ


İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən biri kimi müəyyən edilib. Eyni zamanda, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişafı ayrıca hədəf kimi göstərilib. İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər edilib.