MÜSAHİBƏ


Azər Paşayev: Bütün xalqımız kimi, ağdaşlılar da hər zaman qardaş Türkiyənin yanındadır

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bu gün Ağdaş Rayon İcra Hakimiyyətinin xətti ilə humanitar yardım gətirilib. Bu yardıma 40 generator, 120 qızdırıcı soba, 150 yorğan, 150 döşək, 150 ədyal, 150 balış və külli miqdarda isti geyim daxildir. Bu humanitar yardımlar bundan sonra da davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdaş Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi üzrə nümayəndəsi Azər Paşayev söyləyib.