Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə zəlzələdə xəsarət alan bir qrup şəxs müalicə üçün Azərbaycana gətirilib

13.02.2023 [17:07]

Bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlardan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib. AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Nazirlik rəsmisi müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəyini qeyd edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI