MƏDƏNİYYƏT


Mənsum İbrahimovdan ürək ağrıdan ifa: Sən neyçün ağlarsan, mən duran yerdə

10 minlərlə insan itkisinə səbəb olan zəlzələ Türkiyədə olduğu kimi Azərbaycanda da eyni ağrı-acını yaşatdı. Yaşananlara biganə qalmayan xalqımız qardaş ölkəyə maddi yardımla yanaşı mənəvi dəstəyini də əsirgəmir. Xanəndə, Xalq artisti Mənsum İbrahimov qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin yaşatdığı faciəyə mənəvi dəstəyini AZƏRTAC-a təqdim etdiyi ifası ilə bildirib.