MÜSAHİBƏ


Firuddin Əliyev: Cəbrayıla buraxılan ceyranlar təbii mühitə tam adaptasiya olublar

Ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Buraxılan ceyranlar təbii mühitə tam adaptasiya olublar. Hazırda onlara Füzuli rayonu ərazisində də rast gəlinir. Ceyranların təbii hərəkəti, qidalanması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.