CƏMİYYƏT


8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Xocalı soyqırımının 31-ci ildönümündə şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar, Xocalı prospekti, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. AZƏRTAC-a bu barədə Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə məlumat verib. O, bunu nəzərə alaraq qeyd olunan küçə və prospektlərdən keçən 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi səhər saatlarından tədbir tam başa çatanadək dəyişdiriləcəyini söyləyib. Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.