CƏMİYYƏT
İmişlidə yol qəzası: Yaralananlar var
25.02.2023 [16:30]
İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişliyə giriş yolunun Soltanmuradlı kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı İmişli sakini Qasımov İlham Salam oğlunun idarə etdiyi 30-BX-329 dövlət nömrə nişanlı “Dong Feng” markalı minik maşını və Cəbrayıl sakini Əsədov Pərvin Şahsuvar oğlunun idarə etdiyi 77-EU-826 dövlət nömrə nişanlı “Toyota” markalı minik maşını toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq aşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.03.2023 [15:59]
28.03.2023 [14:43]
27.03.2023 [01:40]
26.03.2023 [20:52]
15.03.2023 [16:07]
02.04.2023 [10:05]