QAN YADDAŞI


Kişineuda Xocalı soyqırımı qurbanları yad edilib

Fevralın 26-da Moldovanın müxtəlif yerlərində, o cümlədən Dnestryanıda yaşayan azərbaycanlılar ölkəmizin Moldovadakı səfirliyi qarşısında quraşdırılmış “Xocalı” barelyefinin önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov soydaşlarımız qarşısında çıxış edərək, Xocalı hadisəsini xalqımızın tarixinin ən dəhşətli və faciəli tarixlərindən biri adlandırıb.